Hall Universiteti
Hall universiteti, University of Hull, Hull University — İngiltərədə Hall şəhərində Yorkşirin şərqində (East Riding of Yorkshire) yerləşir. UniPage reytinqinə görə, Hall universiteti ölkədə 55-ci, dünyada 628-ci yeri tutur..
Universitet Avropa Universitetləri Assosiasiyasına daxildir.
== Tarix ==
=== Yaranma tarixi ===
Hall universitetinin təməli 1927-ci ildə, York hersoqu şahzadə Albert (sonradan kral olmuş, tarixdə VI Corc adı ilə tanınan) tərəfindən qoyulub. Kollec Hall şəhər şurası Hall Şəhər Şurası və iki yerli xeyriyyəçi - Tomas Ferens və G. F. Grant tərəfindən bağışlanmış ərazidə inşa edilib. Artiq 1 il sonra elm və incəsənət üzrə ilk 14 bölmə öz ilk 39 tələbəsini qəbul etdi. həmin dövrdə kollec 1 binadan ibarət idi, indi həmin bina Venn binası adlanır (bina Hall şəhərində anadan olmuş riyaziyyatçı Con Vennin adını daşıyır). İndi həmin binada universitetin rəhbərliyi (müdiriyyət) yerləşir. Digər ilkin binalar: əvvəllər kitabxananən yerləşdiyi Koen binası (Cohen Building) və 1948-ci ildə Tələbələr Birliyi kimi inşa edilmiş Baş ştab (Staff House) binalarıdır. Daha bir ilkin bina - 1953-cü ildə tikilmiş Kimya binasıdır (Chemistry Building).